Parisdə etiraz aksiyası: Qarşıdurma yarandı

Parisdə etiraz aksiyası: Qarşıdurma yarandı
  23 Aprel 2017    Oxunub:1656
Paris polisi prezident seçkilərinə bir gün qalmış keçirilən nümayişin iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz işlədib.
Respublika meydanına daxil olan iki minədək nümayişçi oradan Bastiliya meydanı istiqamətində hərəkət edib. Burada aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Etirazçılar “siyasi maskarad” adlandırdıqları seçkilərə qarşı çıxış edib, prezident postuna namizədlərin təklifləri ilə razılaşmadıqlarını bildiriblər.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu sabah, ikinci turu isə mayın 7-də keçiriləcək. (AzərTAc)

AzVision.az


Teqlər: Fransa   Paris   Etiraz  





Xəbər lenti