“Merkelin əlini dörd dəfə sıxmışam” - Tramp

“Merkelin əlini dörd dəfə sıxmışam” - Tramp
  23 Aprel 2017    Oxunub:1594
ABŞ prezidenti Donald Тramp Almaniya kansleri Angela Merkel ilə görüşündə onun əlini sıxmadığının səbəbini açıqlayıb.
Tramp bu haqda "Associated Press" Agentliyinə müsahibəsində bildirib.

Tramp deyib: "Həmin vaxt sanki kimsə qışqırdı: "Onun əlini sıxın, onun əlini sıxın", amma mən eşitmədim. Bilirsiniz, biz uzun müddət bir yerdə olmuşuq, və mən onun əlini dörd dəfə sıxmışam".

ABŞ prezidenti qeyd edib ki, onunla Merkel, NATO və immiqrasiya məsələlərində olan fikir ayrılığına baxmayaraq, böyük anlaşmaya nail ola biliblər. (Trend)

AzVision.az


Teqlər: ABŞ   Tramp   Almaniya   Merkel  





Xəbər lenti