Şimali Koreya Avstraliyanı nüvə ilə hədələyib

Şimali Koreya Avstraliyanı nüvə ilə hədələyib
  23 Aprel 2017    Oxunub:5576
Şimali Koreya ABŞ-ın Pxenyana qarşı siyasi kursunu dəstəkləyəcəyi halda Avstraliyanı nüvə zərbəsi ilə hədələyib.
AzVision.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Şimali Koreya nümayəndəsi deyib: “Avstraliyanın hazırkı hökuməti kor-koranə şəkildə ABŞ-ın siyasi kursunu dəstəkləyir. Əgər Avstraliya Şimali Koreyanın təcrid olunması və təzyiqlərə məruz qalmasında ABŞ-ı dəstəkləyərsə, bu həmin əraziyə Şimali Koreya strateji qüvvələrinin nüvə zərbəsi endirilməsi ilə nəticələnəcək”.

Şimali Koreyanın belə kəskin reaksiya verməsinə səbəb Avstraliya xarici işlər naziri Culi Bişopun Şimali Koreyadan nüvə təhlükəsi gəldiyini deməsi göstərilir.

AzVision.az


Teqlər: Şimali-Koreya   Nüvə  





Xəbər lenti