Sarkisyan daha bir nazirliyi daşnaklara verir

Sarkisyan daha bir nazirliyi daşnaklara verir
  23 Aprel 2017    Oxunub:2755
Daşnaksütyun partiyası Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Məqsəd yeni hökumətdə daha bir nazirliyin daşnaklara həvalə edilməsidir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırki Ermənistan hökümətində 3 daşnak nazir var.

Regional İdarəetmə, Təhsil və Əktraf mühitin qorunması nazirlikləri Daşnaksutyun partiyasının ixtiyarına verilib. Lakin, aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksütyun daha bir nazir portfelini öz xeyrinə götürməyə çalışır.

Daşnaklar Sarkisyandan kifayət qədər geniş məaliyyə xərclərinə malik olan əmək və sosial işlər və ya səhiyyə nazirliklərindən birini istəyir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti