Müdafiə naziri istefa verdi

Müdafiə naziri istefa verdi
  24 Aprel 2017    Oxunub:1733
Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və ordunun baş qərargah rəisi Qədəm Şah Şahim istefa verib.
AzVision.az “Tolo News” telekanalına istinadən xəbər verir ki, buna səbəb “Taliban” radikal hərəkatının silahlılarının hərbi bazaya hücumu olub. Bundan başqa hərbi bazaya hücumu ilə bağlı ölkə ordusunun 4 korpus komandiri də istefaya göndərilib.

Müdafiə naziri vəzifəsinə müvəqqəti olaraq daxili işlər nazirinin müavini Tarik Şah Bəhrami, Baş Qərargah rəisi vəzifəsinə isə general Şərif Yaftal təyin edilib.

Qeyd edək ki, Əfqanıstanın Məzəri-Şərif şəhəri yaxınlğında “Taliban” hərəkatının silahlıları hərbi bazaya hücum edib. Ekstremistlər hərbçilərin məscidə namaz qıldqıları zaman hücum edib. Ölkənin müdafiə nazirliyi baş verən hücum zamanı ölən və yaralananların sayının 100-dən çox olduğunu bildirib. Müxtəlif mənbələr hadisə nəticəsində 150 nəfərin öldüyü barədə məlumat yayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti