İki gündə 130 terrorçu məhv edilib

İki gündə 130 terrorçu məhv edilib
  24 Aprel 2017    Oxunub:1228
Əfqanıstanda son iki gün ərzində güc strukturlarının keçirdiyi xüsusi əməliyyat zamanı 130 terrorçu məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Qeyd olunub ki, məhv edilən terrorçulardan 50-si İŞİD-in, digərləri müxtəlif radikal qruplaşmaların üzvləridir.

Nazirliyin məlumatına görə, 10 yaraqlı Ğur əyalətində əfqan ordsunun aviazərbələri nəticəsində məhv edilib. Hərbi əməliyyat zamanı silahlıların altı sığınacağı dağıdılıb.

Əməliyyatlarda “Taliban” hərəkatının liderlərindən biri olan “Molla Burhan” ləqəbli terrorçu da zərərsizləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Əfqanıstan   Taliban   Terror  





Xəbər lenti