Türkiyədən Rusiya vətəndaşlarına jest

Türkiyədən Rusiya vətəndaşlarına jest
  24 Aprel 2017    Oxunub:1263
Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini daha 30 gün artırıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gündən 90 günədək uzadılıb.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında vizasız rejim birtərəflidir. Rusiya və Türkiyə arasındakı siyasi böhrandan sonra rəsmi Moskva 1 yanvar 2016-cı ildən etibarən Türkiyə vətəndaşları üçün viza tətbiq edilməsi barədə qərar çıxarıb.

AzVision.az



Teqlər:





Xəbər lenti