Mogerini Moskvada danışıqlarda: "Gəlin, bir-birimizi aldatmayaq"

Mogerini Moskvada danışıqlarda: "Gəlin, bir-birimizi aldatmayaq"
  24 Aprel 2017    Oxunub:2661
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Moskvada birgə mətbuat konfransı keçiriblər. AzVision.az xəbər verir ki, Mogerini Rusiya xarici siyasət idarəsinin rəhbərinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
Görüş zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq vəziyyət müzakirə mövzusu olub.

Mogerini bildirib ki, ATƏT-in monitorinq missiyasına aid avtomobilin Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüməsi Minsk razılaşmalırının tezliklə həyata keçirilməsini zəruri edir.

Aİ-nin rəsmi nümayəndəsi bildirib ki, rəsmi Moskva ilə əməkdaşlıq etməklə bir çox problemlərin həllinə nail olmaq olar: “Bunun üçün vaxt lazımdır. Amma Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər dondurulmayıb. Səfərim də bunun bariz nümunəsidir. Münasibətlərin dondurulması barədə danışmaq bir az fərqli görünür. Eyni zamanda qurumla Rusiya arasında münasibətlərin bərpası üçün bütün sahələri nəzərdən keçirmək lazımdır. Burada regional və beynəlxalq vəziyyəti nəzərə almaq mütləqdir. Münasibətlər stareji əməkdaşlıq səviyyəsində olsaydı sanksiyalar qüvvədə qalmazdı. Gəlin bir-birimizi aldatmayaq. Avropa İttifaqına daxil olan ölkələr hesab edir ki, sanksiyaların məqsədi Ukraynanın şərqində baş verən münaqişənin nizamlanmasına yönəlib. Avropa İttifaqının Rusiya ilə bir neçə qlobal fikir ayrılığı var. Bu, ilk növbədə Ukrayna məsələsi ilə bağlıdır. Aİ Krımın Rusiya tərəfindən ilhaq olunduğunu hesab edir”.

Mogerini Fransada keçirilən prezident seçiklərinə də münasibət bildirib: “Ümid edirik ki, Fransa və Avropa İttifaqı bir yerdə qalacaq”.

S. Lavrov da ATƏT-in monitorinq missiyasına aid avtomobilin Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüməsinə münasibət bildirib: “Baş verən insident ətraflı araşdırlımalı və günahkar şəxslər cəzalandırılmalıdır. Bizim vahid fikirimiz mövcuddur. Burada bütün faktlar toplanmalı və faciə siyasi alver üçün səbəb olmamlıdır”.

Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara gəlincə Lavrov: “İkitərəfli münasibətlərdəki problemlərin müzakirəsi vacibsieş Sanksiyalar Avropa İttifaqı ilə münasibətlərimizi təyin edən süni problemlərin bir hissəsidir. Sistemli problem olmasına baxmayaraq, bizim danışıqlar aparmaq istəyimiz var. Ümid edirik ki, baş verənlər sağlam qiymətləndiriləcək. Bütün hallarda biz qonşuyuq. Ən yaxşısı problemləri müzakirə etməkdir”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya     Avropa-İttifaqı   Ukrayna   Lavrov   Mogerini  





Xəbər lenti