Prezident öz qaynını xilas edə bilmədi - 4 il həbs
Qeyd edək ki, Gürcüstan prezidentinin qaynı bu ilin yanvarın 14-də tutulub.
ixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib.
Mqaloblişvili üç dəfə məhkum olunub. O, bundan əvvəl 17 il həbs cəzasına məhkum edilsə də, üç ildən sonra, 2015-ci ildə Gürcüstan prezidenti onu əfv edib. O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. İlk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbsə alınıb. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiyaya düşüb. 2009-cu ildə isə yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Gürcüstan