Dubayda erməni təxribatının qarşısı alınıb

Dubayda erməni təxribatının qarşısı alınıb
  24 Aprel 2017    Oxunub:1741
Aprelin 24-27-də Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”-də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə Azərbaycanın şğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.
Bu barədə AzVision.az Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən Ermənistanın bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.
Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən məsələ nəzarətdə saxlanılır.

Sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Dubay   Təxribat  





Xəbər lenti