Misir və ABŞ birgə hərbi təlim keçirir

Misir və ABŞ birgə hərbi təlim keçirir
  24 Aprel 2017    Oxunub:1540
Misir və ABŞ ordusu Qırmızı dənizdə “Qartalın Salamı 2017” adlı birgə hərbi təlim keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Misir ordusu məlumat yayıb. Təlimlərdə hər iki ordunun qüvvələri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunacaq, habelə xüsusi dəstələrinin iştirakı ilə şübhəli gəmilər yoxlanılacaq.

Təlimdə müşahidəçi kimi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Pakistan və İtaliyanın iştirak edir. Təlim ABŞ-la Misirin silahlı qüvvələri arasındakı iş birliyinin və dəniz donanmasında ən son sistemlərinin öyrənilməsi üçün əhəmiyyətli olduğu qeyd edilib.

AzVision.az



Teqlər: Misir   ABŞ   Təlim  





Xəbər lenti