Egey dənizində miqrant faciəsi: 16 ölü

Egey dənizində miqrant faciəsi: 16 ölü
  24 Aprel 2017    Oxunub:1090
Egey dənizində miqrantları daşıyan qayıq batıb.
AzVision.az “Assoşeyted press” agentliyinə istinadla xəbər verir ki, hadisə Lesbos adası yaxınlığında baş verib. Yunanıstan sahil təhlükəsizlik xidmətinin xilasetmə dəstələri qayığın batdığı bölgəyə göndərilib.

Hadisə nəticəsində biri uşaq, dördü qadın olmaqla on altı nəfər həyatını itirib. Meyitlərdən 9-u adanın yaxınlığında, 7-i isə Türkiyə sularında aşkar edilib. Səhər saatlarında batdığı güman edilən qayıqda neçə nəfərin olduğu bilinmir.

AzVision.az


Teqlər: Miqrant  





Xəbər lenti