Moskva kriminalının erməniləri – GİZLİ TARİX

Moskva kriminalının erməniləri – GİZLİ TARİX
  24 Aprel 2017    Oxunub:9392
Bəhram Çələbi
AzVision.az üçün

Əvvəllər Moskvanın Leninqrad prospektində şam ağaсları arasında «Pomidor» adlı bir restoran var idi. Tünd-yaşıl rəngləndiyindən, yoldan ötənlərin diqqətini çox da cəlb etmirdi. Onu səksəninci illərin axırlarına yaxın erməni avtoritetlərin sərmayəsi ilə açmışdılar. «Pomidor»a adi adamların buraxılmırdı. Ora Moskvada çoxdan kök salmış və müxtəlif reket dəstələrində çalışan ermənilər toplaşırdı.
Axşamlar restoranın arxasında salınan dayanacaqda onlarla xarici markalı avtomobillər park olunurdu. 1994 və ya 1995-ci ildə əslən inquş olan, Rusiya kriminal aləmində yetərincə nüfuzlu şəxs sayılan Valeri Məhəmmədov «Pomidor»a strelkaya dəvət olunaraq orada qətlə yetiriləndən sonra restoran təhlükəli yer imici qazandı.

Onu restoranın kandarında güllələmişdilər. Milislər hadisə yerində qundağı sındırılmış avtomat, on səkkiz giliz, Məhəmmədovun cibindən isə otuz min dollar pul və maşınında hər cür axtarışa qadağa qoyan vəsiqə tapmışdılar. Qətllə bağlı heç bir sübut-dəlil tapılmadı, çünki təhqiqat ciddi araşdırılmadı. Hadisə zamanı restoranda olanların hamısı «görmədim», «eşitmədim», «bilmirəmlə» canlarını qurtardılar. Yeganə bəlli olan bu idi ki, Məhəmmədov da «Pomidor»un payşiklərindən biri olmaq və burada kazino açmaq niyyətini bildirmişdi.

Məhəmmədovun adamlarının özləri qatilin axtarışına başlamış və şübhəli sandıqları bir neçə adamı o dünyaya göndərmişdilər. Bir ildən sonra «Pomidor»da yeni bir qətl törədildi. Erməni avtoritetlər arasında nüfuz sahibi olan Edik Avakyan restoranda qardaşının ad gününü qeyd edərkən arxa qapıdan içəri girən OMON-çu geyimində, üzü maskalı killer qardaşların oturduğu stolu avtomat silahdan atəşə tutduqdan sonra sakitсə zaldan çıxaraq onu gözləyən nömrəsiz «Mitsubişi»yə oturmuşdu. Edik hadisə yerində keçinmiş, qardaşı isə çiynindən yaralanmışdı.

Avakyanın qohumları münaqişə və qətlin köklərini araşdırmadan şübhələndikləri «İzmaylov» qruplaşmasından olan azərbayсanlı və inquş oğlanları öldürüblər. Tezliklə müəyyənləşib ki, qətlə yetirilənlərin heç birinin Avakyanın ölümündə günahları olmayıb. Bir müddət sonra «vor zakon» Rudik və Vaçikosun dəstəsi Avakyanı güllələyən killerin izinə düşüblər. Moskva kriminal qruplaşmalarının hamısında öz adamlarını yerləşdirən Rudikə xəbər veriblər ki, Ediki sifariş verən «Moneta» klikuxalı Oleq İvanovdur.

Qətl gecəsi «Mitsubişi»nin sükanı arxasında oturan oğlan və killer Serj Filippovu Rudikin adamları iki gün sonra mənzillərində yaxalayaraq, sxodkaya gətiriblər. Dözülməz işgəncələrə baxmayaraq, Serj Monetanın qətldə sifarişçi olmadığını deyib. Az sonra işgəncə otağına gətirilən Moneta iki il bir kamerada oturduğu Serji tanımayıb. Anadan doğulduğu qiyafədə plastik kresloya oturdulan Filippovun bədəni səngin qızardılmış tabaka rəngində idi. Kreslonun altında közərən elektrik plitəsinin üzərinə damcılanan yağ bir anlıq alışaraq, tez də sönürdü. Kreslo əriyərək, qatilin yançağına yapışmışdı. Filippov hələ ölməmişdi, amma onun heç inildəməyə də taqəti qalmamışdı. Az qala pırtlayıb çıxacaq nifrət dolu qan sağımış bəbəkləri hərəkətsiz idi.



Moneta qətldə heç bir günahı olmadığını bildirib. And-aman eləyən İvanov əlini sinəsindəki səkkizguşəli ulduzun üstünə qoyaraq, Avakyanın qətli və «İzmaylov» qruplaşmasıyla heç bir əlaqəsi olmadığını, sifarişçinin kimliyini də bilmədiyini deyib. Onun sözlərinə görə, Filippov kiçmandan çıxandan sonra Moneta ona xlebniki kimi anсaq iş tapmaqda köməklik edib. Üç gün сan verən Serjin yanında saxlanıldıqdan sonra buraxılan kimi Moskvanı tərk edəcəyinə söz verən İvanov yarımcan halda oradan çıxıb.

Gördüklərindən, az qala, ağlını itirmək dərəcəsinə çatan Moneta həmin gecə olan-qalanını yığışdıraraq, doğma Voronejə yollanıb. Daha iki qətldən sonra «Pomidor»un yerində ticarət mərkəzi tikildi. Ancaq yenə də vaxtaşırı burada maraqlar bir-birilə toqquşur, qanlı olaylar davam edirdi. Ermənilər bu sferaya heç kimi yaxın buraxmırdılar.

Haşiyə:

Hikmətin dostu, həm də biznesdə sağ əli sayılan Ağbaş Çingizin də qətli, təxminən, eyni ssenari üzrə ifa olunub. Cinayət aləmində böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə Lənkəranda anadan olub. 1978-ci ildə böyük məbləğdə mənimsəmə, oğurluq maddələrilə mühakimə olunaraq, 14 il həbs cəzası verilib və «Butırka» qazamatına göndərilib. 1999-cu ildə yenidən «Zoloto inkov» restoranından çıxarkən saxlanılıb. Guya cibindən 52 qram heroin və 8 qram SDE aşkarlanaraq götürülüb.



Həmin gün RTR və NTV-nin «Novosti» verilişlərində Çingizin guya rus mafiyasının başçılarının sifarişilə aradan götürülməsi barədə informasiya yayıldı: «Moskvanın şimal-şərqində saat 12:30 radələrində Alabyan küçəsindəki 3 saylı korpus, 10 №li binanın qarşısında «Aqran-2000» tipli tapançadan 5 güllə ilə vurulan Axundov (Ağbaş) Çingiz «Cip» avtomobilinə əyləşmək istərkən qətlə yetirilib. Qatillər iki nəfər olublar və səsboğucudan atılan güllələrin beşi də mərhumun başına vurulub. Professional killerlər «Vaz-09» maşınına oturaraq aradan çıxıblar.

Daha bir haşiyə:

2010-cu ilin avqustunda Hikmətin varisi sayılan “Qorbatıy Ramiz” də Moskvada qətlə yetirildi. Mətbuatın yayımladığına görə, avtoritet evindən çıxarkən naməlum şəxslər tərəfindən güllələnib. Qatillər ona 5 güllə vurublar. Bir müddət əvvəl də Ramizə sui-qəsd edilmişdi. “Yaponçik”in dəfn mərasimi günü gülləbarana tutulan Qorbatıy yaralanmış, cangüdənləri vasitəsilə tələsik xəstəxanaya çatdırılmışdı. Ramizin yaralı halda 3 saylı klinikada yatdığını eşidən Ded Xasan Qorbatının oradan çıxarılaraq Moskvanın ən tanınan həkimlərinin çalışdığı özəl lazaretə gətirilməsinə qərar verib: «Qorbatıy, nəyin bahasına da olsa, sağalmalıdır»,– deyib. Birinci halda çox məxfi şəkildə müalicə alan Ramizə ikinci sui-qəsddən salamat qurtarmaq müyəssər olmayıb.

2002-ci ilin noyabr ayının əvvəllərində Rusiyanın Dövlət Duması «Xariсi vətəndaşların RF-də vəziyyəti haqqında» qanunu təsdiq etdikdən sonra Moskvada qeydiyyatsız yaşayan taciklərin və ardınca azərbaycanlıların oblavası başlandı. Azərbayсanlıların Rusiyadan deportasiyasını təbliğ edənlərin başında isə «Svobodnıy Arsax» təşkilatı və onun mətbuat orqanı gəlirdi. Həmin qanun çıxandan sonra oxudum ki, RF-də MDB vətəndaşlarıyla bağlı hüquqi məsələlər nəzarətdən çıxıb və Daxili İşlər Orqanları əməkdaşları besperedelliklə məşğuldurlar. Və bu işdə onlara Moskva OMON-unda fəaliyyət göstərən erməni vzvodu köməklik göstərir. Paytaxtın 1888 saylı erməni məktəbində bu yaxınlarda keçirilən iclasda Ara Abramyan çıxış edib və həmin vzvodun rəhbərliyinə Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, tanınmış şəxsiyyətlərə «dərs vermək» zamanının çatdığını bildirib.

Bir neçə gün sonra nəşr olunan «Obşaya qazeta»da isə başqa faktlar açıqlandı. Sən demə, həmin ilin son bir neçə ayı ərzində təkсə Moskvada qırx yeddi azərbayсanlı avtoritetli iş adamına qarşı terror törədilib ki, onların da qırx biri ölümlə nətiсələnib. Qaldırılan сinayət işlərinin biri də açılmayıb.



Teqlər: #Kriminal   #Erməni  





Xəbər lenti