ABŞ-ın hərbi bazasının yaxınlığında partlayış

ABŞ-ın hərbi bazasının yaxınlığında partlayış
  24 Aprel 2017    Oxunub:1157
Əfqanıstanın şərqindəki Host əyalətində növbəti dəfə partlayış baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ hərbi bazasının yaxınlığında qeydə alınıb. Belə ki, partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün ABŞ-ın müdafiə naziri Ceyms Mettis Əfqanıstana əvvəlcədən elan olunmamış səfər edib.

AzVision.az



Teqlər: ABŞ   Əfqanıstan   Partlayış  





Xəbər lenti