20 milyon insan aclıqdan ölə bilər

20 milyon insan aclıqdan ölə bilər
  25 Aprel 2017    Oxunub:1424
Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır".

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir. (Trend)

AzVision.az




Teqlər: BMT  





Xəbər lenti