“ATƏT Qarabağ problemini həll etmək istəyir” – Lavrov

“ATƏT Qarabağ problemini həll etmək istəyir” – Lavrov
  25 Aprel 2017    Oxunub:1801
"ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələri zamanı müsbət iştirakının şahidi oluruq".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Nizamlama yolunda irəliləyişə nail olmaq üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN rəhbəri qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: RusiyaXİN   ATƏT  





Xəbər lenti