`Qərb istədiyi vaxt Suriyanı vura bilər`

`Qərb istədiyi vaxt Suriyanı vura bilər`
  30 Avqust 2013    Oxunub:1630
Millət vəkili Sahib Alıyev Suriyada baş verən proseslər, Rusiyanın bu proseslərdə yürütdüyü siyasət haqqında siaysi analiz edib. AzVision.az siyasi təhlili təqdim edir.
`Qərb istədiyi vaxt Suriyanı vura bilər. Ola bilər ki, kimsə Rusiyanın bunun qarşısını alaсağına ümid edirdi. Amma xarici işlər naziri Sergey Lavrovun qərbin bu niyyətini sadəcə pisləməklə kifayətlənməsi və “ biz heç kimlə savaşmağa hazırlaşmırıq” deməsi ondan xəbər veriri ki, Moskva Yaxın Şərqdən tam vurulub çıxarılması ilə artıq barışıb. Hər bir dövlətin, özəlliklə də böyük dövlətin geosiyasi təzyiq, təsir və təşviq vasitəsi Xarici İşlər Nazirliyi, Kəşfiyyat xidməti, bir də Müdafiə Nazirliyidir. Əgər Rusiyanın xarici işlər naziri Suriya ilə bağlı belə bir bəyanat verirsə, bu o deməkdir ki, həmin strukturlar Yaxın Şərqdə öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmirlər, daha dəqiqi yetirmək qüdrətində deyillər. Bunun üçün gərəkən potensial yoxdur. Bu həm də o deməkdir ki, nə qədər arzulasa da, Rusiya artıq qlobal dövlət kimi davranmağı bacarmır. Postsovet məkanına gəldikdə, Ukrayna, Belarus, Moldova, Tacikistan və sair kimi dövlətlərə yanaşmada görürük ki, Rusiyanın adı keçən üç strukturunun vəzifəsini daha çox başqa üç struktur reallaşdırır. Bu, Qazpromdur, eyni zamanda Rusiyanın Fitosanitar və Miqrasiya xidmətləridir. Rusiya bu üç strukturdan hardasa özünün geosiyasi maraqlarını təmin edən “yumşaq güc” kimi faydalanır. Amma məsələ burasındadır ki, “yumşaq güc” müsbət imicin doğurduğu gücdür. Hər üç qurumum yeritdiyi siyasət isə Rusiyanın imicinin yaxşılaşmasına yox, əksinə pisləşməsinə xidmət edir`.


Teqlər:





Xəbər lenti