Ərdoğan AŞPA-nın qərarını pislədi
“Bu qərar tamamilə siyasidir və biz bunu qəbul etmirik” -deyə Türkiyə prezidenti vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi AŞPA ilə münasibətlərə yenidən baxacağını bəyan edib. Rəsmi Ankara AŞPA-nın monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar hesab edir.
Türkiyə XİN eyni zamanda, parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
Bəyanatda vurğulanıb ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.
AzVision.az