“Rza Zərrab atamın oğlu deyil” - Ərdoğan

“Rza Zərrab atamın oğlu deyil” - Ərdoğan
  26 Aprel 2017    Oxunub:2173
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampla ötən il Amerikada həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın işini müzakirə edəcək. AzVision.az-ın verdiyi xəbərə görə, “Reuters”ə müsahibəsində Ərdoğan bildirib ki, Trampla keçirəcəyi görüşdə ikitərəfli əlaqələr, Suriya, İraq, terrorla mübarizə məsələlərini müzakirə edəcək, o cümlədən Türkiyə vətəndaşı olan Rza Zərrabın həbsin gündəmə gətirəcək.
“Zərrab atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər günahı varsa, bizim Ədliyyə Nazirliyinə materiallar təqdim edilməlidir. Yoxsa uydurulmuş ittihamlarla həbsdə saxlanarsa, vətəndaşına sahib çıxa bilməyən dövlət kimi tanınarıq. Xaqani bəy (“Halkbank”-ın baş direktor müavini) isə bu ana qədər ABŞ-a yeddi dəfə səfər edib və heç bir problem olmayıb. Son anda belə bir şeyin ona tətbiq olunması pis niyyətli bəzi təşəbbüslərin olduğunu göstərir. Burda FETÖ ilə bağlı əlaqələrin olduğunu hiss edir və görürük. Bu oyunun pozulması lazımdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   FETÖ  





Xəbər lenti