OMON azərbaycanlıların toyuna basqın etdi - FOTOLAR+VİDEO

OMON azərbaycanlıların toyuna basqın etdi - FOTOLAR+VİDEO
  26 Aprel 2017    Oxunub:10175
Rusiyada OMON-çular azərbaycanlıların toyuna basqın edib.
AzVision.az “TİA” informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə aprelin 24-də Tver Vilayətinin Kimrı şəhərində baş verib.

Restorana daxil olan OMON-çular təxminən 200-ə yaxın qonağın sənədlərini yoxlayıblar. Daha sonra qonaqların avtomobillərinə baxış keçirilb. Əməliyyat iki saat davam edib.

OMON-nun Tver vilayəti üzrə idarəsinin mətbuat katibi Natalya Baal bildirib ki, yoxlama “Miqrant” əməliyyatı çərçivəsində keçirilib: “Buna anlayışla yanaşılmasını istəyirik”.











İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   OMON   Toy  





Xəbər lenti