Azərbaycan dünya reytinqində Ermənistandan öndədir

Azərbaycan dünya reytinqində Ermənistandan öndədir
  27 Aprel 2017    Oxunub:4294
Kanada yerləşən Arton Kapital şirkəti dünya ölkələrinin beynəlxalq pasportlarının indeksi ilə bağlı araşdırma aparıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Pasport indeksinə liderlik edən Almaniya və Sinqapur vətəndaşlarının 159 ölkəyə vizasız səyahət etmək imkanı var.

193 ölkənin yer aldığı siyahıda Azərbaycan 63-cü yerdə qərarlaşıb. Belə ki, Azərbaycan vətəndaşları beynəlxalq pasportla 63 ölkəyə vizasız gedə bilirlər.

Siyahıda sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Əfqanıstan vətəndaşları 24 ölkəyə vizasız səyahət etmək imkanlarına malikdirlər.

Siyahıda Ermənistan Azəraycandan 4 pillə geridə - 67-ci yerdədir. Ermənistan vətəndaşları beynəlxalq pasportla 59 ölkəyə vizasız getmək imkanına malikdir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Reytinq   Azərbaycan   Pasport  





Xəbər lenti