Azərbaycan-Rusiya sərhədində güclü yanğın

Azərbaycan-Rusiya sərhədində güclü yanğın
  27 Aprel 2017    Oxunub:1659
Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğın Dağıstan ərazisində qeydə alınıb.
ağıstan FHN-nin yaydığı məlumata görə, yanğının söndürülməsi üçün əraziyə helikopter göndərilib.

Hadisə yerində 50 yanğınsöndürən və iki texnika cəlb olunub. Yerli sakinlər yanğının söndürülməsinə yardım edirlər.

Yanğının iki hektar ərazini əhatə etdiyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan   yanğın  





Xəbər lenti