Karapetyan Sarkisyanı devirmək istəyir - Böyük plan işə düşdü

Karapetyan Sarkisyanı devirmək istəyir - Böyük plan işə düşdü
  27 Aprel 2017    Oxunub:2472
Ermənistan prezidenti Serj Sarkisyanla ölkənin baş naziri Karen Karapetyan arasında ciddi toqquşmaların olacağı gözlənilir.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sarkisyana məlum olub ki, Samvel Karapetyan-Karen Karapetyan tandemi yaranmış vəziyyəti öz şəxsi xeyrlərinə uyğun dəyişmək istəyirlər. Onlar bu məqsədlə Respublikaçılardan və Tsarukyan İttifaqından deputatlığa bəzi namizədlərə ciddi məbləğlər təklif etməklə danışıqlar aparırlar.

Karen Karapetyan nəinki Respublika fraksiyasında mövqeyini möhkəmlətmək üçün, hətta gələcək hökümət tərkibində Sarkisyana qarşı durmaq üçün Samvel Karapetyanın pulları ilə deputatları, vəzifəli şəxsləri ələ amağa və öz ətrafında toplamağa çalışır.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistana   Sarkisyan  





Xəbər lenti