“Münaqişə hərbi yolla həll edilə bilməz” - İranın müdafiə naziri

“Münaqişə hərbi yolla həll edilə bilməz” - İranın müdafiə naziri
  27 Aprel 2017    Oxunub:1752
Beynəlxalq təhlükəsizlik konfransı ilə əlaqədar Moskvada səfərdə olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.
AzVision.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə ediblər.

“Qarşılıqlı maraq doğuran bir sıra məsələlər, həmçinin Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə edilib. Nazirlər bir daha vurğulayıblar ki, münaqişənin hərbi yolla həlli yoxdur”, -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, V.Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-dan 27-ə qədər Moskvada keçiriləcək təhlükəsizlik məsələləri üzrə 6-cı beynəlxalq konfransda iştirak edir. Konfrans zamanı erməni nazir Moskvada bır sıra görüşlər keçirməyi planlaşdırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İran   Qarabağ  





Xəbər lenti