Ermənistanda bir illik müvəqqəti hökumət qurulur

Ermənistanda bir illik müvəqqəti hökumət qurulur
  27 Aprel 2017    Oxunub:1432
“Respublika partiyasında davam edən vəzifə bölgüsü hələ uzun çəkəcək. Bu durumda Ermənistanda gələcəkdə formalaşdırılacaq hökümət müvəqqəti olacaq və təyin ediləcək nazirlər yalnız bir il fəaliyyət göstərəcəklər”.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.

İddia edilib ki, Ermənistanda vəzifə bölgüsü Respublika partiyası daxilində parçalanmalara səbəb olur. Bu səbəbdən bir il sonra yenidən vəzifə bölgüsünün aparılacağı istisna edilmir.

“Joğovurd”a daxil olan məlumata görə, Sarkisyan yaxın ətrafına bildirib ki, gələcəkdə formalaşdırılacaq hökümət gələn ilin aprelinə qədər fəaliyyət göstərəcək və prezident səlahiyyətləri başa çatdıqdan sonra ölkə yeni konstitusiyaya və parlamentli idarə sisteminə keçəcək. Bundan sonra əsas hökümət yeni siyasi idarəetmə sisteminə uyğun qurulacaq.
Bu fakt respublikaçıların bir hissəsini məmnun edib, çünki onların yeni vəzifələr əldə etmə şansları olacaq. Yerdə qalanlar isə vəzifələrini itirmək qorxusu lə üz-üzə qalıblar.

Məlumatalara görə, artıq Daşnaksütyun partiyası Respublikaçılarla koalissiya yaratmağa başlayıb. Onlar gələcək beş il ərizində koalissiya tərkibində birgə çıxış imkanı əldə etmək, sənədləşdirilmiş zəmanətlər almaq üçün Sarkisyanla danışıqlar aparırlar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti