"Türkiyə ilə əlaqələrimiz pisləşib" - Merkel

"Türkiyə ilə əlaqələrimiz pisləşib" - Merkel
  27 Aprel 2017    Oxunub:1337
Almaniya kansleri Angela Merkel Türkiyəni tənqid edib.
AzVision.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Merkel Bundestaqda çıxışı deyib ki, Türkiyədə Konstitusiya islahatları ilə bağlı referendum ölkənin Avropa İttifaqı ilə əlaqələrini pisləşdirib.

“Bu hadisələr, şübhəsiz əlaqələrimizi ciddi şəkildə pisləşdirdi”, - deyə Merkel vurğulayıb.

Almaniya kansleri rəsmi Ankaranı beynəlxalq təşkilatların tənqidlərini dinləməyə çağırıb.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilən referenduma nəticələrə əsasən seçicilərin 51.20 faizi referenduma "Hə", 48.80 faizi isə "yox" deyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti