Ermənistanda müəmma: Əhali azalır, seçicilər isə "artır"

Ermənistanda müəmma: Əhali azalır, seçicilər isə "artır"
  27 Aprel 2017    Oxunub:1402
Ermənistanın Konstitusiya Məhkəməsi "Konqres-EXP" ittifaqının aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətini müzakirə edir.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Konqres-EXP" ittifaqının nümayəndəsi Levon Zurabyan ölkədə əhalinin sayının getdikcə azaldığını deyib.

"Seçkilərdə biz maraqlı dinamikaya malikik. Ermənistan əhalisi getdikcə azalır, lakin digər tərəfdən seçkilərdə iştirakın rəsmi sayı tədricən şişirdilir. Bu necə mümkün olur?"

Zurabyan qeyd edib ki, 2008-ci ildən 2017-ci il ərzində seçicilərin siyahısında təxminin 400 min seçici artıb.

"2008-2012-ci illərdə 200 mindən çox adam seçki siyahısı daxilində artıb, 2012-2017-ci illərdə isə bu proses yenidən eyni sayda baş verib. Keçirilən iki seçki müddətində ölkədə təxminən 400 min adam olub, ki, seçicilərin siyahısına əlavə edilib."

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti