İzmirdə Xocalı abidəsi ucaldılacaq
Soyadının Qarabağla əlaqəli olduğunu vurğulayan Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib. O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı tədbirlər planına salınacaq.
Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı Hasan Karabağın bu təşəbbüsü yüksək qiymətləndirərək təşəkkürünü bildirib. İ.Ambarcı bunun iki qardaş xalqın daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini qeyd edib.
Sonda Bayraklı Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Xocalı