Polis mesaj yazıb intihar etdi: “Mən vətən xaini deyiləm”

Polis mesaj yazıb intihar etdi: “Mən vətən xaini deyiləm”
  27 Aprel 2017    Oxunub:2163
Türkiyədə "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqəli olduğu ehtimal edilən polis işçisi intihar edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs intihar etməzdən əvvəl qohumları ilə vidalaşıb.

Kod adı H.E göstərilən polis daha sonra sosial şəbəkədəki hesabında “Mən vətən xaini deyiləm” mesaj yazaraq tapança ilə özünü öldürüb.

Qeyd edək ki, Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9103 hüquq-mühafizə orqanı əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   Polis   İntihar  





Xəbər lenti