Sabah Moskvada Qarabağ müzakirə olunacaq - Rusiya XİN

Sabah Moskvada Qarabağ müzakirə olunacaq - Rusiya XİN
  27 Aprel 2017    Oxunub:1557
Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarova qeyd edib ki, sabahkı görüşün müəyyən mərhələsində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspşik də iştirak edəcək.

"Görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri dinləniləcək, münaqişənin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə Rusiya XİN rəsmisi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN   Zaxarova   Qarabağ  





Xəbər lenti