Türkiyədə referendumun nəticələri təsdiqləndi

Türkiyədə referendumun nəticələri təsdiqləndi
  28 Aprel 2017    Oxunub:2921
Türkiyədə aprelin 16-da keçirilən referendumun nəticələri təsdiqlənib.
AzVision.az xəbər verir ki, Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun nəticələrinin təsdiqləndiyini açıqlayıb.

ASŞ rəhbəri Sədi Güvən jurnalistlərə bildirib ki, seçicilərin 51,41 faizi prezident idarəetmə sisteminə keçidi dəstəkləyib. Onun sözlərinə görə, referendumda seçici fəallığı 87,45 faiz olub.

Rəsmi məlumata əsasən, seçicilərin 51,41 faizi dəyişikliklərin “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib.

AzVision.az


Teqlər: Türkiy   Referendum  





Xəbər lenti