Sarkisyana qarşı "Xaçatryan kartı"

Sarkisyana qarşı "Xaçatryan kartı"
  28 Aprel 2017    Oxunub:1418
Ermənistanın Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Qaqik Xaçatryana məxsus "Ucom" və Samvel Karapetyana məxsus "Taşir" şirkətlərinin bir hissəsini təşkil edən "Fora-Bank" əməkdaşlıq müqaviləsi bağlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müqavilə "Ucom"a Rusiya ərazisində genişlənmə imkanı verir.

"Jamanak"ın məlumatına görə, bu münasibətlə Qaqik Xaçatryanın yenidən yüksək vəzifəyə qayıtması mümkündür.

Belə bir təyinat Samvel Karapetyan üçün əlverişli imkanlar yarada bilər. Belə ki, daha öncə qeyd edildiyi kimi baş nazir Karen Karapetyanın təyinataları və niyyətləri ilə birbaşa hərəkət edən Samvel Serj Sarkisyana qarşı "Xaçatryan kartı"nı irəli sürəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti