Erməni vəkillər arasında yumruq davası - Səbəblər məlum oldu

Erməni vəkillər arasında yumruq davası - Səbəblər məlum oldu
  28 Aprel 2017    Oxunub:3639
Ermənistan Vəkillər Palatasında uzun müddət davam edən gərginlik pik həddə çatıb. Münasibətlər o qədər pisləşib ki, tərəflər bir-birilərini təhqir edir, yumruq davasına çıxırlar.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Ermənistanda vəkillər arasında baş verən davanın səbəbləri məlum olub.

Məlumata görə, davaya Artanesyanın sosial şəbəkədə yazdığı fikirlər, vəkillər məktəbinin direktoru Simon Babayanın ünvanına səsləndirdiyi təhqirlər səbəb olub.

Nəticədə, təhqirə məruz qalan erməni vəkil məsələni zorakılıq yolu ilə həll etmək qərarına gəlib. Lakin, hadisənin real səbəbləri tam fərqlidir. "Facebook" ismarıcları onsuz da yola getməyən vəkillərin davasına bəhanə olub.

Vəkillər Palatasının sədri Ara Zohrabyan və bir qrup vəkil - Yervand Varosyan, Lusine Shakyan, T. Atanesyan və digərləri arasında bir ildən çoxdur ziddiyət hökm sürür.

Xatırladaq ki, dünən Ermənistanın Vəkillər məktəbinin direktoru Simon Babayan, Ermənistan Vəkillər Palatasının sədr müşaviri Qevorq Mkrtçyan, Ermənistan Vəkillər Palatası sədrinin xarici əlaqələr üzrə müşaviri Vrej Xaçikyan və daha bir neçə şəxs vəkil hüquq müdafiəçiləri Tiqran Atanesyanın ofisinə daxil olaraq onu və Armen Soğomonyanı döyüb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Vəkillər   Dava  





Xəbər lenti