`İsanı belə görəndə pis oluram`

`İsanı belə görəndə pis oluram`
  30 Avqust 2013    Oxunub:1201
Xalq yazıçısı İsa Hüseynov hazırda Qazaxda yataq şəraitində müalicə alır. Yazıçı ürək və böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə AzVision.az-a açıqlamasında İsa Hüseynovun xanımı Firuzə Hüseynova məlumat verib. Onun sözlərinə görə, İ.Hüseynov həkim nəzarətindədir :

`Hazırda evdədir, müalicə alır. Xəstəxanada yatmağa özü razı deyil. Bakıya da gətirə bilmərik, çox zəifləyib, yataq xəstəsidir. Onu bu vəziyyətdə görəndə çox pis oluram. Səhhəti ilə maraqlananlar çoxdur. Hər gün Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal ona baş çəkir . Mən və qızım qulluğunda dayanırıq, mən də yaşlı adamam, amma nə etmək olar, həyatdır`.

Qeyd edək ki, İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti