ORO dağılır, Oskanyan deməyə söz tapmır

ORO dağılır, Oskanyan deməyə söz tapmır
  29 Aprel 2017    Oxunub:1427
Ermənistanda keçirilən parlament seçkilərindən sonra bir çox siyasi ittifaqlar dağılmağa başlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, seçkilərdən öncə iddalı olan “Ohanyan-Raffi-Oskanyan” ittifaqının fəaliyyəti sual altında dır. İrəvanın Vardanants küçəsində yerləşən ittifaqın qərargahına heç kimin gəlmədiyi deyilir.

Seçkilərdən sonra, ittifaqın üzvü olan “Birlik” və “İrs” partiyasının nümayəndələri qərargahda gözə dəyməyib.

Bundan öncə yerli mətbuatda “ORO”-nun dağılması haqqında məlumatlar yayılmışdı. “Birlik” partiyasının sədri Vardan Oskanyan isə “Past.info” saytına “İttifaqın gələcək taleyi barədə nə qərar verilib?” sualına birbaşa cavab verib: “Deməyə bir şey yoxdur, müsahibə vermirəm”- deyə keçmiş xarici işlər naziri bildirib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti