Mirmahmud Mirəlioğlu da namizədliyini geri götürdü

Mirmahmud Mirəlioğlu da namizədliyini geri götürdü
  30 Avqust 2013    Oxunub:1135
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd olmayacaq.

Bu barədə AzNews.az-a M.Mirəlioğlu özü məlumat verib. Onun sözlərinə görə, artıq Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib və onun imza kampaniyası başlayıb. KXCP də MŞ-in vahid namizədliyini dəstəklədiyi üçün seçkilərə qatılmaq niyyətində deyil.

Bununla belə, partiya sədri bildirib ki, namizəd olmaması ilə bağlı qərar KXCP-də şifahi şəkildə qəbul edilsə də, qurumun rəsmi orqanlarında bu məsələ müzakirəyə çıxarılacaq və yekun qərar açıqlanacaq: “Partiyanın İdarə Heyətində seçkilərdə iştirakla bağlı məsələ müzakirə edilib, yekun qərar veriləcək”.

Xatırladaq ki, bundan əvvəl Müsavat başqanı İsa Qəmbər də namizədliyini geri götürmüşdü.


Teqlər:





Xəbər lenti