Erməni müğənninin yalanı üzə çıxdı - VİDEO
Diana Hacıyevanın bu mahnısının musiqisinin müəllifi kimi İsa Məlikov qeyd olunub. Sözlərin müəllifi isə isveçli Sandra Byermandır.
Sayt Mukuçyanın iddiasını araşdırmaq üçün hazırda Kiyevdə olan İsa Məlikova müraciət edib. Məlikovun sözlərinə görə, “Skeletons”un musiqisi 2017-ci ilin əvvəlində xüsusi olaraq Diana Hacıyeva üçün yazılıb, fevralda isə sözlərinin yazılması üçün Sandra Byermana göndərilib.
“Sandra Diananı tanıyır, ona görə də Diananın əsasən hansı mahnıları oxumağa üstünlük verdiyini bilirdi. Onun musiqiyə yazdığı sözlər Diananın çox xoşuna gəldi. Mahnı belə yarandı və ona görə də hüç cür ötən il erməni müğənnisinə təklif edilə bilməzdi”,- deyə Məlikov bildirib.
AzVision.az
Teqlər: Ermənistan Eurovision