Eldar Namazova qadağa qoyulubmu?
Bunu AzVision.az- a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev Eldar Namazovun ölkədən çıxmasına qadağa qoyulmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Eldar Namazov Baş Prokurorluğa çağrılıb və dindirilib :`Eldar Namazovun ölkədən çıxmasına qadağa qoyulması xəbəri yalandır. Bu xəbərlər hardan qaynaqlanır?`
Qeyd edək ki, mətbuatda Baş Prokurorluğun EL Hərəkatının keçmiş üzvü Əflan İbrahimovun ifadəsi əsasında başlanan araşdırması davam etdiyindən El hərəkatının sədri Eldar Namazovun seçkinin sonunadək ölkəni tərk etməsinə yasaq qoyulacağı barədə xəbər yayılıb.
Nihadə Eyyubova