Məhkumların şikayəti dinlənilib

Məhkumların şikayəti dinlənilib
  30 Avqust 2013    Oxunub:1097
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları avqustun 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Bakı İstintaq Təcridxanasında 10 məhkum qəbul edilib, onların şikayətləri diqqətlə dinlənilib.

Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilmişdir.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.


Teqlər:  





Xəbər lenti