Stadnik 6-cı dəfə Avropa çempionu oldu
Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib.
Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.
AzVision.az