Azərbaycanda icazəli dini ədəbiyyatın sayı açıqlandı

Azərbaycanda icazəli dini ədəbiyyatın sayı açıqlandı
  30 Avqust 2013    Oxunub:975
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2013-cü ilin ilk 6 ayı ərzində dinşünaslıq ekspertizasından keçirilmiş dini təyinatlı ədəbiyyat, audio və video materialların statistikası ilə bağlı məlumatları açıqlayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, bu ilin ilk yarım illiyi ərzində ümumi sayı 16 min 934 ədəd olan 440 dini ədəbiyyatın ölkəyə daxil edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət daxil olub.

Bunlardan ümumi sayı 6 min 635 ədəd olan 404 adda dini ədəbiyyat islam təmayüllü, 6 mini müqəddəs kitab olmaqla ümumi sayı 10 min 292 ədəd olan 29 adda xristian təmayüllü, ümumi sayı 7 ədəd olan 7 adda iudaizm təmayüllü kitabdır.

Edilən müraciətlərin hamısı ilə bağlı müsbət rəy verilib.

Eləcə də Dövlət Komitəsi tərəfindən ümumi sayı 6 min 217 ədəd olan 11 adda DVD və CD-nin idxalına da razılıq verilib.

Nəşrinə razılıq verilməsi üçün isə 92 min 700 nüsxə olan 84 adda dini təyinatlı ədəbiyyatla bağlı Dövlət Komitəsinə müraciət daxil olub. Bunlardan ümumi sayı 91 min 250 ədəd olan 78 adda dini ədəbiyyat islam təmayüllü, ümumi sayı 1200 ədəd olan 5 adda dini ədəbiyyat xristian, ümumi sayı 250 ədəd olan 1 adda iudaizm təmayüllüdür.

Komitə onların hamısınn nəşrinə razılıq verib.

Bundan əlavə, 22 adda dini film və "Qurani-Kərim"in tilavətlərindən ibarət olan DVD və CD-nin istehsalına razılıq verilib.


Teqlər:  





Xəbər lenti