Daha bir blok seçkiöncəsi toplandı

Daha bir blok seçkiöncəsi toplandı
  30 Avqust 2013    Oxunub:950
Bu gün Ədalət Partiyası, Yaşıllar Partiyası və İslam Partiyasının görüşü olub.
Bu barədə AzVision.az-a Yaşıllar Partiyasının sədri Mayis Güləliyev məlumat verib.

O,bildirib ki, üç partiyanın birgə görüşündə ökədəki ictimai-siyasi durum müzakirə edilib.

Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü, prezidentliyə namizəd İlyas İsmayılov seçkiöncəsi durum haqqında məlumat verib. Daha sonra Vətən Blokunun gələcək fəaliyyəti müzakirə edilib.

Qeyd edək ki, may ayının əvvəllərində Ədalət Partiyası ilə Azərbaycan Yaşıllar Partiyasının yeni siyasi blok yaratmaq haqqında apardıqları müzakirələr müsbət nəticə verib və “Vətən” siyasi bloku yaradılıb.

Siyasi blokun məqsədi Azərbaycan xalqının təhlükəsizliyi, maddi və mənəvi rifahı, hüquqi dövlət qurmağa yardım etməkdir.




Teqlər:  





Xəbər lenti