Köçəri Nağıbəyli Baş Prokurorluqda 4 saat dindirilib

Köçəri Nağıbəyli  Baş Prokurorluqda 4 saat dindirilib
  31 Avqust 2013    Oxunub:1433
El” hərəkatının sədr müavini Köçəri Nağıbəylinin Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi başa çatıb.

Bu barədə AzVision.az-a Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. O qeyd edib ki, K. Nağıbəyli 4 saat davam edən dindirmədən sonra idarəni tərk edib:`Bizə də indi məlumat gəldi ki, Köçəri Baş Prokurorluqdan çıxıb. Ola bilsin ki, yorğundur deyə, telefona cavab vermir`.

Qeyd edək ki, “El” hərəkatının sədri Eldar Namazov sabiq müavini Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti