Tələbələrin təqaüdləri də artırıldı

  30 Avqust 2013    Oxunub : 485
Tələbələrin təqaüdləri də artırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə onlar üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat;

Ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə - 120 manat

magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat

bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat.

Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat.
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 35 manat

Sənəddə göstərilir ki, təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

Həmçinin, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Teqlər: