Əflan İbrahimov “EL”dən qovuldu
Z.Quliyev EL-in bundan sonrakı fəaliyyəti ilə bağlı da müzakirələrin aparıldığını söylədi: “Biz qərar verdik ki, EL-in təşkilatlanma prosesi gücləndirilsin, təşkilata yazılmaq istəyən yeni üzvlərin qeydiyyata alınması sürətləndirildsin. Həmçinin təşkilatın İdarə Heyətinin tərkibi genişləndiriləcək. Həmin şəxslərin kim olması bu gün keçirilən iclasda müzakirə olundu. Ali Məclisin də formalaşması prosesi gedir. Regionlarda “EL” Hərəkatının təşkilatlarının yaradılması prosesi daha da sürətləndiriləcək”.
Onun sözlərinə görə, toplantıda “EL” Hərəkatının atributları ilə bağlı müzakirələr aparılıb: “EL” Hərəkatının emblemi və bayraqları var. Bu gün də təşkilatın başqa atributlarını hazırlanması müzakirə olundu. “EL” Hərəkatının emblemi ilə xüsusi köynəklərin, plakatların və “kepka”ların hazırlanması qərara alındı”.
AzVision.az