“Qız atası”nın qəhrəmanları yeni komediyada - Video

“Qız atası”nın qəhrəmanları yeni komediyada - Video
  06 May 2017    Oxunub:6335
“Qız atası” serialının baş qəhrəmanları Nəzakət və Vidadi yeni komediyaya çəkiliblər.
ATV kanalında yayımlanan “Qız atası” serialının sevilən qəhrəmanları Nəzakət və Vidadi rollarını məharətlə canlandıran Mətanət Əliverdiyeva və Teymur Məmmədov bu dəfə “Məlikməmməd və Ziba” komediyasına çəkiliblər.

Yeni komediyanın ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Film Mingəçevir və Bakı şəhərlərində lentə alınıb. Komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, komik vəziyyətlərdədən ibarətdir.

Filmdə həmçinin Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, İntiqam Soltan və başqaları rol alıb. Filmin quruluşçu operatoru İlkin Şirinli, baş prodüser Ruslan Zeynalovdur.

Filmdə baş rolda Nofəl Şahlaroğlu çəkilib.

“Məlikməmməd və Ziba” komediyasının Qala gecəsi mayın 11-i Flame Towers Baku Park Cinemada keçiriləcək. Elə həmin gündən etibarən tamaşaçılar filmi şəhərin kinoteatrlarında izləyə biləcəklər.



AzVision.az


Teqlər: Film   Komediya  





Xəbər lenti