Mənzildən meyid tapıldı

  31 Avqust 2013    Oxunub : 378
Mənzildən meyid tapıldı
Bakının Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıb.

Mənzilə baxış keçirilərkən 1978-ci il təvəllüdlü Məmişov Famil Adil oğlu otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində F.Məmişovun vəfat etdiyi müəyyən olunub.

AzVision.az

Teqlər: