Həkimlərin bıçaqlaşma xəbəri yalan çıxdı

Həkimlərin bıçaqlaşma xəbəri yalan çıxdı
  31 Avqust 2013    Oxunub:1350
Qazax Polis İdarəsi yazılanları təkzib edib.
Bir neçə saat əvvəl Qazax Rayon Diaqnostika Mərkəzinin şöbə müdiri Şahin Həsənovun cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlaması barədə məlumat yayılıb.

Xəbəri araşdırmaq üçün AzVision.az Qazax Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən həkimlər arasında dava düşdüyünü təsdiqləsələr də, bıçaqlanma versiyasını təkzib etdilər :`Bıçaqlanma baş verməyib, həkimlər dalaşıblar, işçiləri göndərmişik,araşdırma aparılır`.

Məlumat üçün deyək ki, Ş.Həsənov Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın qardaşıdır.

Nihadə


Teqlər:  





Xəbər lenti