Misir XİN-i Məmmədyarova məktub göndərdi

Misir XİN-i Məmmədyarova məktub göndərdi
  31 Avqust 2013    Oxunub:1061
Misirin xarici işlər naziri azərbaycanlı həmkarı Elmar Məmmədyarova ölkəsindəki vəziyyət barədə məktub göndərib.

Misirin Azərbaycandakı səfiri Tarik Əbu Sina ölkəsinin xarici işlər naziri Nabil Fəhminin ölkədə baş verən hadisələrlə bağlı məktubunu Azərbaycanın xarici işlər nazirinə təqdim edib. Misirin dövlət informasiya xidmətinin yaydığı məlumata görə, Nabil Fəhmi məktubunda bir sıra beynəlxalq kütləvi informasiya vasitələrinin Misir haqqında yaydığı yanlış informasiyalarla əlaqədar Misir diplomatiyası ölkədəki real vəziyyəti izah etməyə ehtiyac durub.

Azərbaycanın xarici işlər naziri isə ölkəmizin Misir xalqına hörmət bəslədiyini bildirib və qeyd edib ki, Azərbaycan Misirdəki mövcud vəziyyəti bu ölkənin daxili işi kimi qiymətləndirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti