MUZ TV Azərbaycan 5 yaşını qeyd edir

MUZ TV Azərbaycan 5 yaşını qeyd edir
  11 May 2017    Oxunub:2611
Onlayn musiqi kanalı MUZ TV Azərbaycan 2012-ci il 11 may tarixində fəaliyyətə başlayıb. 5 il ərzində hər gün yeni proqramlarla tamaşaçıların görüşünə gələn kanal hazırda yeni layihələr üzərində işləyir.
Kanalın bədii rəhbəri Sədi Məmmədovun sözlərinə görə, layihələr orjinal və cəlbedicidi: “5 ildir öz tamaşaçılarımızı təəccübləndirməkdə davam edirik. Hər mövsüm yeni ideyalar və layihələrlə onlara fərqli əhval bəxş edirik. İnternet üzərindən televiziya layihələri təklif etmək xeyli riskli olsa da, biz öz tamaşaçımızı tapacağımıza inanırdıq və bunu bacardıq. Yeni layihələrimiz də milli musiqimizin təbliği və modern musiqinin təqdimatı xarakterlidi və iki fərqli musiqi düşüncəsi arasında körpü rolu oynayır ”.

MUZ TV Azərbaycan kanalının hazırladığı layihələrin peşəkar televizya standartları baxımından dəyərləndirliməsinə toxunan S. Məmmədov bu sahədə problemlərlə üzləşmədiklərini söylədi: “İlk günlərdən işimizi peşəkar qurduq. Komandaxili müzakirələrdə yaranan fərqliliklər layihələrdə özünü biruzə verdi. Təssəvvür eləyirsiz, biz dünya musiqsinin top onluğunu təqdim etməklə yanaşı, Azərbaycan dastanlarının aşıqlarımızn ifasında lenta alınması kimi fərqli qərarlar verdik. Demək olar ki, mütəxəssislərin hamısı, intenet tamaşaçısının dastana qulaq asmayacağını deyirdi. Amma elə ilk yayımımızdan sonra dastan ifaçılığı təcrübəsi olan aşıqlar bizə müraciət etdilər. Bunu ona görə qeyd edirəm ki, intenet üzərindən yayımlanmağımıza baxmayaraq, biz televizya standartlarına daha çox yaxın olmuşuq. Videoatekamızda saxlanan xeyli dəyərli televizya layihələri və lentə alınan ifalar buna sübutdur”.

MUZ TV Azərbaycanın gələcək planlarına toxuanan bədii rəhbər hədəflərindən danışdı: “Biz ixtisaslaşmış televiziya sahəsində internet resursları üzərində dayanmadan yeni məhsul istehsal eləyən yeganə televiziyayıq. Bundan qürur duyuruq və tamaşaçılarımızı sevindirməkdə davam edəcəyik. Ümid edirik ki, bizi təkcə internet üzərindən izləmək istəməyənlərin də, arzsusu çin olacaq və yaxınlarda onlarla da görüşəcəyik”.



Teqlər: #MUZ-TV  





Xəbər lenti